Tramp noyabrın 15-də "vacib bəyanat"la çıxış edəcəyini açıqlayıb

DÜNYA 08 noy 2022, 14:44
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında “vacib bəyanat”la çıxış etməyə hazırlaşır.

Demokrat.az
TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ohayo ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Onun fikrincə, Respublikaçılar Partiyasının ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi 8 noyabr tarixli aralıq seçkilər ölkəni xilas edə bilər.

Xatırladaq ki, daha əvvəl CNN D.Trampın Ohayoda keçirilən mitinqdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını elan edəcəyi barədə xəbər vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top