Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsində

İDMAN 08 noy 2022, 12:59
Bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayan Jerar Pike "Barselona"nın La Liqada "Osasuna"ya qarşı keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib.

“Report” klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, müdafiəçi heyətdəki problemlər səbəbindən bu oyun üçün sifariş olunub.

35 yaşlı futbolçu daha əvvəl La Liqanın 13-cü turunda "Almeriya" ilə matçın (2:0) onun üçün sonuncu olacağını açıqlayıb.

Xatırladaq ki, Pike "Barselona"nın yetirməsidir. Müdafiəçi 2004-cü ilə qədər klubda çıxış edib, sonra isə “Mançester Yunayted”ə keçib və icarə əsasında “Saraqosa”da oynayıb. O, 2008-ci ildə kataloniyalıların düşərgəsinə qayıdıb.

Klubun əfsanələrindən biri olan futbolçu "Barselona" ilə birlikdə 28 kubok qazanıb və komandanın heyətində 616 oyuna çıxıb.

Qeyd edək ki, "Barselon" və "Osasuna" arasındakı görüş noyabrın 9-da Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top