“Sülhməramlılar faktiki olaraq erməni məramına xidmət ediblər” — Partiya sədri

QARABAĞ 07 noy 2022, 16:42
“"Sülhməramlı" adlandırılan rus hərbçiləri elə ilk gündən vəzifələrinin öhdəsindən gəlməyiblər və səlahiyyətlərini aşıblar”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. 

Partiya sədri qeyd edib ki, onlar faktiki olaraq sülh məramına deyil, erməni məramına xidmət ediblər. 
“Biz uzun müddət deyirik ki, Laçın dəhlizi adlandırılan ərazi və indi ona alternativ çəkilmiş yol tam olaraq Azərbaycanın nəzarətinə verilməlidir. Oradan Azərbaycanın daxil olan bütün yüklər və digər şəxslər yoxlanılmalıdır. Azərbaycan dövlətinin razılığı olmadan ora uyğun olmayan və digər ölkənin vətəndaşları da keçirlər. Sirr deyil ki, artıq ora silah da daşınır və buna qədər isə minalar daşınıb. Son dövrlər bölgəmizdə 2020-21-ci illər istehsalı olan minalar aşkarlanmaqdadır. Təbii ki, keçirilən bütün bu silahlar Azərbaycan əsgərinə, Azərbaycan vətəndaşına tuşlanır. 

Ümumiyyətlə, "rus sülhməramlı" adlandırılan və Azərbaycan ərazisində olan rus hərbçiləri tezliklə, yəni 5 ili tamam olmamış çıxarılması ilə bağlı məsələ ortaya qoyulmaldıır. Çünki bunlar tam olaraq üzərlərinə götürülmüş öhdəlikləri yerinə yetirmədiklərinə görə, müqavilələr də gücdən düşmüş hesab olunmalıdır. Onların da göstərdikləri fəaliyyət Azərbaycan əleyhinə olduğu üçün birmənalı şəkildə qınanılmaqla yanaşı, onların ərazidən çıxarılması istiqamətində mühüm addımlar atılmalıdır”. 

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2022, 22:56
Top