Cənubi Koreya prezidenti Hellouin bayramında ölənlərə görə üzr istədi

DÜNYA 07 noy 2022, 13:01
Cənubi Koreya Prezidenti Yoon Suk-yeol Seulun mərkəzində azı 156 nəfərin ölümü ilə nəticələnən izdihama görə üzr istəyib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olanlardan üzr istəyirəm”, – dövlət başçısı bildirib.

O bildirib ki, ölkənin təhlükəsizlik sahəsində əsaslı dəyişikliklərə ehtiyacı var. Prezident günahkarların məsuliyyətə cəlb ediləcəyini və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağını vəd edib.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında Hellouin bayramı qeyd olunarkən Seuldakı xiyabanlardan birində böyük izdiham yaranıb. Təxminən 100 min nəfərin iştirak etdiyi şənlikdə sıxlıq nəticəsində 156 nəfər ölüb, 100-ə yaxın insan müxtəlif dərəcədə xəsarət alıb. Ölənlər arasında 26 əcnəbi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top