Rusiyanın Ukraynadakı canlı qüvvə itkisinin sayı açıqlandı

DÜNYA 06 noy 2022, 18:32
Ukrayna müdafiəçiləri son sutka ərzində daha 490 işğalçını məhv ediblər. Ümumilikdə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya demək olar ki, 76 min hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 765 tank, 5 611 zirehli maşın, 1 781 artilleriya sistemi, 391 reaktiv yaylım atəşi sistemi, 202 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 260 helikopter, 1 465 PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 4 191 avtomobil texnikası və avtosistern, 155 xüsusi texnikadan ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top