Birliyin rəhbər şəxsləri şəhid ailələrini ziyarət ediblər — FOTOLAR

SOSİAL 05 noy 2022, 17:08
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər.

Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib və onun adının işlədiyi müəssisədə daim uca tutulduğuna görə təşəkkür edib. Daha sonra şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub.

Şəhidin atası, uzun illərdir ki, SOCAR “Azəriqaz” İB-də çalışan Məhərrəm İbadov övladının döyüş yolundan söz açaraq onun Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatıldığını qeyd edib.

Qurum rəsmiləri görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.

Bildirilib ki, SOCAR rəhbərliyinin tapşırığına əsasən həssas əhali kateqoriyasına aid olan şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman xüsusi diqqət göstərilir. Şəhid ailələri də onlara göstərilən qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top