Metropoliten bu stansiyalarda tikinti işlərini DAYANDIRIB

SOSİAL 05 noy 2022, 16:39
Bakı metrosunun yaşıl xətt üzrə tikilməsi planlaşdırılan, şərti adı "Y 14" olan stansiyasının layihə sənədləri artıq hazırdır.

Demokrat.az
-ın məlumatına görə, bunu bu gün Bakı metropoliteninin 55 illiyinə həsr edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, maliyyə vəsaitinin yönəldilməsi və digər məsələlər həll edilsə, stansiyanın tikintisinə başlanılacq.

Baş mühəndis deyib ki, "Y 15" stansiyasının artıq təməli qazılıb, "Y 16" stansiyasının isə 50 % hissəsində tikinti işləri yekunlaşıb:

"Bakı metropoliteninin gələcək inkişaf sxemində qırmızı xəttin daha da böyüməsi, mavi xəttin tikilməsi və digər işlər nəzərdə tutulur. Biz addım-addım bu planla gedirik. Bənövşəyi xəttin artıq 4-cü stansiyasında tikinti davam edir. Yaşıl xəttin davamı olaraq "Xətai" metrostansiyası ilə "Həzi Aslanov" metrostansiyası arasında şərti adı "Y 14", "Y 15", "Y 16" olan stansiyaların tikintisi hazırda getmir. Amma biz "Y 15" stansiyasının böyük bir hissəsini tikmişik. Gələn il müəyyən şərtlər daxilində onun tikintisini davam edə bilərik. Eyni zamanda, bizim "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər yaşıl xətdə üç stansiyamız nəzərdə tutulub. Onun bütün layihəsini hazırlamışıq. Start veriləndə işlərə başlaya bilərik. Bu stansiyaları tikmək üçün Bakı metropoliteninin kifayət qədər texniki və zehni potensialı var".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top