Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır — QALİB KIM OLACAQ? (FOTO)

İDMAN 04 noy 2022, 17:13
Zəfər Günü (8 noyabr) münasibətilə noyabrın 6-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində final oyunu və bağlanış mərasimi keçiriləcək.

Demokrat.az
xəbər verir ki, bazar günü “Vətən” İdman Klubunun stadionunda ilk  olaraq 3-cü yer uğurunda mübarizə başlayacaq. Saat 9:30-da “Ardanış” ilə “Ada Təpə” qarşılaşacaq. Hər iki komanda bürünc medal üçün tər tökəcək.


Heyətləri belədir:

“Ardanış” – Elvin İsmayılov, Elşən Nəsibov, Emin Ələsgərov, Emin Qasımov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Azər Hüseynov, Tarik Qasımov, Namik Həsənov, Allahyar Musayev, Vaqif Həsənov, Taleh Muradov, Əsgər İbrahimov

Məşqçi Telman Məhərrəmov

“Ada Təpə” – Natiq Vəliyev, Rövşən Məhərrəmov, İsrail İsmayılov, Heydər Xudayev, Şükür Məmmədalıyev, Araz Qurbanov, Xəlil Xudayev, Aqil Qurbanov, Zaur Hüseynov, İsa İsayev, Toğrul Süleymanov, Hüseyn Kazımlı, Etibar Alıyev

Məşqçi Bayram Süleymanov

Bu görüşdən sonra final görüşünə start veriləcək.

Turnirin sürpriz komandası olan “Göyçə” dağ cəngavərləri ləqəbli  “Novoivanovka”nı sınağa çəkəcək. Oyun taktikasına görə bir-birindən fərqlənən komandaların sahəyə hansı heyətlə çıxacağı maraq doğurur.

Bu matç həm də “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı”, “ən çox qol vuran oyunçu” nominasiyalarının müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.


Heyətlər belədir:

“Novoivanovka” – Emil Bayramov, Vüsal Hüseynov, Ayxan Abbasov, Emin İmaməliyev, Elçin İsmayılov, Qasım Məmmədov, Rakif Əliyev, Murad Natiqoğlu, Vasif Əliyev, Rafiq Həsənov, Samir Əliyev, Etibar Məhərrəmov, Malik Löymanov, Rasim Həsənov

Məşqçi Yaşar Vəliyev

“Göyçə” – İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Mikayıl Səfərov, Səhman Xasıyev, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev

Məşqçi Məhəmməd İsmayılov
Final qarşılaşması başa çatdıqdan sonra turnirin bağlanış mərasimi keçiriləcək. Qaliblərə və iştirakçılara kubok, medal və sertifikatlar təqdim olunacaq.

Xatırladaq ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran oyunçu”, “ən yaxşı qapıçı”, “ən gənc oyunçu”,”veteran oyunçu” və “ən nizam-intizamlı komanda” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakurs.az saytı verir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top