Zəfər Günü (8 noyabr) münasibətilə noyabrın 6-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində final oyunu və bağlanış mərasimi keçiriləcək.
Demokrat.az xəbər verir ki, bazar günü “Vətən” İdman Klubunun stadionunda ilk olaraq 3-cü yer uğurunda mübarizə başlayacaq. Saat 9:30-da “Ardanış” ilə “Ada Təpə” qarşılaşacaq. Hər iki komanda bürünc medal üçün tər tökəcək. 
Heyətləri belədir:
“Ardanış” – Elvin İsmayılov, Elşən Nəsibov, Emin Ələsgərov, Emin Qasımov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Azər Hüseynov, Tarik Qasımov, Namik Həsənov, Allahyar Musayev, Vaqif Həsənov, Taleh Muradov, Əsgər İbrahimov
Məşqçi Telman Məhərrəmov 
Məşqçi Bayram Süleymanov 
Turnirin sürpriz komandası olan “Göyçə” dağ cəngavərləri ləqəbli “Novoivanovka”nı sınağa çəkəcək. Oyun taktikasına görə bir-birindən fərqlənən komandaların sahəyə hansı heyətlə çıxacağı maraq doğurur. 

“Novoivanovka” – Emil Bayramov, Vüsal Hüseynov, Ayxan Abbasov, Emin İmaməliyev, Elçin İsmayılov, Qasım Məmmədov, Rakif Əliyev, Murad Natiqoğlu, Vasif Əliyev, Rafiq Həsənov, Samir Əliyev, Etibar Məhərrəmov, Malik Löymanov, Rasim Həsənov
Məşqçi Yaşar Vəliyev 
Məşqçi Məhəmməd İsmayılov 
Xatırladaq ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakurs.az saytı verir. 
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 


