“Kişilər qadınları öz təyin etdikləri qaydalar çərçivəsində yaşamağa məcbur edirlər” — Sosioloq

SOSİAL 04 noy 2022, 16:16
“Qadın cinayətlərinin artmasının başlıca səbəbləri məişət zorakılığı və kişilərin qadınların üzərində daha çox hüquqlarının olmasını düşünməsidir”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Aynur Hacıyeva deyib. Onun sözlərinə görə, nəticədə kişilər qadınların onların  düşüncə tərzlərinə və onların təyin etdikləri qaydalar çərçivəsində yaşamağa məcbur edirlər.

“Əks halda isə böyük ehtimalla qadın cinayətin qurbanına çevrilir. Əvvəllərdə qadın cinayətləri yetəri qədər var idi. Lakin müasir dövrdə daha da artıb. Bunun artmasının səbəbi də qadınlar cəmiyyətdə öz mövqeyini tutmağa başlayıb. Demək olar ki, əksər qadınlar hər şeyin öhdəsindən gələrək öz ayaqları üzərində dayana bilmək üçün onların kişilərə yox, özünə inama ehtiyacları olduğunu anlamağa başlayıblar. Lakin, bəzi kişilər bu halı həzm edə bilmirlər və min bir bəhanə ilə qadına zərər verməyə çalışırlar”.

Aynurə
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top