"Putin Ukraynanı məhv etməyə çalışır, çünki onu işğal edə bilmir" — Borrel

DÜNYA 03 noy 2022, 23:56
Putin rus ordusunun uğursuzluqlarına görə dinc ukraynalılara hücum edir.

Demokrat.az UNİAN-a istinadən bildirir ki,  bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell danışıb.

"Putinin Rusiyası Ukraynanı məhv edir. Onlar Ukraynanı işğal edə bilmirlər, döyüş meydanında, müharibədə qalib gələ bilmirlər və ölkəni sistemli şəkildə məhv edirlər", - diplomat vurğulayıb.

Onun sözlərinə görə, Putin rus ordusunun uğursuzluqlarına görə dinc ukraynalılara hücum edir. 

O,eyni zamanda müraciətində  Qərb ölkələrini Ukraynanı və Ukrayna xalqını dəstəkləməyə çağırıb.

"Biz indi həmişəkindən daha çox Ukraynanı, Ukrayna xalqını dəstəkləməliyik. Onlar döyüşür, öz ölkələrini müdafiə edir və bizim onları dəstəkləməyə mənəvi borcumuz var" - Borrell deyib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top