Zelenski bu səbəbdən İspaniyaya təşəkkür etdi

DÜNYA 02 noyabr 2022, 23:50
Ukrayna prezidenti Volodimr Zelenski İspaniyanın hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı qərarının Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə o, İspaniyanın xarici işlər naziri Xose Manuel Albareslə görüşündə bildirib .

“Mən mühüm humanitar dəstəyə, xüsusən də bu gün təhvil verilən 30 müasir təcili yardım maşınına görə İspaniyaya minnətdaram”, - Zelenski bildirib.

O, həmçinin müharibə səbəbindən ölkəni tərk etməyə məcbur olan ukraynalıların İspaniyada səmimi qəbuluna görə təşəkkür edib.

“Hazırda bir nömrəli məsələ kritik və mülki infrastrukturumuzu qorumaq üçün hava qalxanının yaradılmasıdır. Buna görə də İspaniyanın hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsi bizim üçün həqiqətən vacibdir”, - deyə prezident vurğulayıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top