“Öz adamlarını aparıb, yalandan “xalq artisti” adı verirdilər” — Hafiz Hacıyev Mədəniyyət Nazirliyini SƏRT TƏNQİD ETDİ

GÜNDƏM 01 noy 2022, 18:21
“Mədəniyyət Nazirliyində Əbülfəz Qarayevdən sonra guya təmizlənmə əməliyyatı keçirildi. Lakin görünən odur ki, təzə qoyulanlar da köhnə stereotiplərindən əl çəkə bilməyiblər. Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı da bir neçə rəhbər şəxs saxlanıldı. Hər halda bütün bunlar Mədəniyyət Nazirliyinin adına yaraşmayan hərəkətlərdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib. Partiya sədri daha sonra bunları əlavə edib:

“Hələlik həbslərin hansı səbəbdən olması ilə bağlı dəqiq açıqlama verilməyib. Sadəcə onu bilirəm ki, Mədəniyyət Nazirliyi rüşvətxor bir yuvaya çevrilmişdi. Əbülfəz Qarayevdən sonra da burada böyük mənimsəmələr gedirdi və böyük aldatmalar var idi. Öz adamlarını aparıb, yalandan “xalq artisti” adı verirdilər, rüşvət almaqla məşğul idilər. Azərbaycan prezidenti İlham Əliyevin gördüyü işlərə kölgə salmaqla məşğul idilər. Mən dəfələrlə demişəm ki, hakimiyyət əleyhinə böyük komanda formalaşıb. Bunlar istəmirlər ki, ölkədə gedən siyasət hardasa təbliğ olunsun, hardasa millətin fikirləri aşılansın. Bunlar hansı klana aiddir, kimlər tərəfindən idarə olunurlar bilmirəm. Bunlar Qarabağın alınması da istəmirdilər, ancaq xəyanətlə məşğuldurlar. Dəfələrlə demişəm ki, daxilimizdəki ermənilər təmizlənməyincə, vəziyyətimiz heç də ürəkaçan olmayacaq”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top