İranda azərbaycanlı qadın vəkil həbs edilib — FOTO

REGİON 01 noy 2022, 17:55
Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü, təbrizli vəkil Negin Kəyani İranda həbs edilib.

Demokrat.az
xəbər berir ki, azərbaycanlı vəkilin iki həftə bundan öncə saxlanılmasına baxmayaraq, həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Vəkilin tutulmasına səbəb Təbrizdə keçirilən etirazlara qatıldıqları üçün həbs edilənlərin müdafiəçisi və vəkili kimi fəaliyyət göstərməsi olub.

Digər azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında bununla bağlı paylaşım edib. O, bildirib ki, Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülməyib və o, qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Qeyd edək ki, oktyabrın 15-də Güney azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da saxlanılıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top