Putin Ukrayna regionları ilə bağlı qanunları imzaladı

REGİON 05 okt 2022, 10:50
Rusiya Prezidenti Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyanın tərkibinə daxil edilməsi barədə sazişləri ratifikasiya edən federal qanunları imzalayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top