Səfərbərlik Xidmətinin binası ilə bağlı hərəkətə keçildi — FOTO

MƏDƏNİYYƏT 05 okt 2022, 10:43
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Səbail rayonunda yerləşən binasının fasadında etdiyi qeyri-qanuni müdaxilələrlə bağlı xəbərdarlıq edib.

Demokrat.az
xəbər verir ki, bu gün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirib ki, artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy verilməsi işinə başlanılıb:

“Dünən məlumat vermişdim ki, Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir-bərpa işləri aparılır.

“Tarix-mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilən xəbərdarlıqdan sonra həmin binada yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılması üçün təqdim olunub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top