Bakıda şagird sinif yoldaşını buna görə döyüb — Polisdən AÇIQLAMA

HADİSƏ 04 okt 2022, 13:44
Bakıda 112 saylı məktəbdə döyülən şagirdə dəyən xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Demokrat.az
-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:

"Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top