SON DƏQİQƏ! Oğlu oğurlanan azərbaycanlı deputat kimdir? — FOTO

HADİSƏ 03 okt 2022, 14:33
Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov Bakupost.az -la yenidən əlaqə saxlayaraq yayılan məlumatların əsassız olduğunu bildirdi:

"Əhliman bəylə əlaqə saxladım. Bu xəbərlər şayiədir. Heç də belə bir şey olmayıb".

xxx

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.

Demokrat.az Bakupost.az-a istinadən xəbər verir ki, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var.

Məlumatlı mənbə A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.

Məsələ ilə bağlı deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb bizə məlumat verəcəyini desə də, sonradan Ə. Əmiraslanovla əlaqə saxlaya bilmədiyini dedi:

"Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam".

Xatırladaq ki, Musavat.com-un yaydığı xəbərə görə, A. Əmiraslanov separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top