Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı — Sensasion hadisə

HADİSƏ 03 okt 2022, 12:58
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Demokrat.az
xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Əldə etdiyimiz xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top