Kibertəhlükəsizlik mövzusunda konfrans keçirilir — FOTO

İKT 03 okt 2022, 10:33
Bu gün “İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda konfrans təşkil edilib. 

Demokrat.az
xəbər verir ki, konfrans “Baku Marriott Boulevard Hotel”də baş tutub. Konfransın açılış mərasimində  Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib. Daha sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan-Türkiyə-İsrailin kibertəhlükəsizliyinə dair video nümayiş olunub.

Qeyd edək ki, konfrans Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının “Pnetworks” kimi qabaqcıl üzv təşkilatlarının sponsorluğu və “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir. 



Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top