Türkiyədə qəza: 24 nəfər yaralandı

REGİON 02 okt 2022, 00:27
Türkiyənin Şanlıurfa şəhərində avtobusla yük maşını toqquşub.

Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə nəticəsində 24 nəfər xəsarət alıb.

Ot yüklü avtomobillə toqquşmadan sonra avtobus dərəyə aşıb.

Hadisə yerinə çox sayda polis, jandarma, xilasetmə qurupu göndərilib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top