Elmar Vəliyevə məxsus olduğu deyilən hotel dəmir hasara alındı — FOTO (VİDEO)

SOSİAL 29 sen 2022, 22:25
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə məxsus olduğu iddia edilən Hacıkənd qəsəbəsində inşaası yarımçıq qalan hotelin ətrafı hasara alınıb.

Publika.az xəbər verir ki, hotel binası bu gün bəzi şəxslər tərəfindən hasara alınıb.

İlkin ehtimala əsasən tikilini dəmir hasara alınması Vəliyevlər ailəsinin göstərişi ilə aparılıb.

Məlumat üçün bildirək ki, beş mərtəbəli binanın tikintisi uzun illər yarımçıq saxlanılıb. Tikili yararsız və istifadəsiz vəziyyətdə qalıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top