“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” — Vüqar Qurbanov

SOSİAL 26 apr 2024, 13:13
Bakıda poliklinikalarda növbə olmasının səbəbi vətəndaşın müalicələrinin Bakıda olmasını istəməsidir.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Elektron Tibbi Arayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, tibb mərkəzləri qurulub ki, vətəndaşlar orada tibbi xidmətlərdən yararlana bilsin.

“Regionlarda hansı müayinələrə ehtiyac varsa, ona uyğun təminatlar həyata keçiriləcək. Biz istəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin. İlin sonunadək regionlarda müalicə ilə bağlı problemlər aradan qaldırılacaq.

Həmçinin həkim çatışmazlığı ilə bağlı addımlar atılıb. Bəzi bölgələrdə artıq bu problemləri həll etmişik”,- deyə o bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top