Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb

SOSİAL 06 may 2024, 19:59

Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top