Oğlanlar niyə evlənmək istəmirlər? — VİDEO

SOSİAL 06 may 2024, 16:22
Əvvəlki illərə nisbətən gənc oğlanlar 23-24 yaşda deyil, daha gec yaşda evlənməyə üstünlük verirlər.

Maraqlıdır, oğlanlar niyə evlənmək istəmirlər?

Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində Dövlət Statistika Komitəsinin sözçüsü Tünzalə Qarayeva bildirib ki, 61 939 qeydə alınmış nikahdan bəyin yaş qrupuna əsasən, 41 502-si 25-34 yaş aralığındadır.

Sosioloq Mail Yaqub isə əvvəlki illərə nisbətən, xanımların və bəylərin həyatda olan gözləntilərin artması gec ailə qurmanın əsas səbəblərindən birinin olduğunu bildirib.

“Gec evlənən ailələrdə çox uşağa meyilin az olması əhalinin artım tempinə ziyan vurur. Beynəlxalq təşkilatların birinin hesabatlarına əsasən, ölkəmizdə 2 100-cü ildə əhalinin sayı on milyondan, səkkiz milyona düşəcək”, - deyə Mail Yaqub qeyd edib.

Ətraflı videosüjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top