İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirildi — FOTO

HADİSƏ 29 sen 2022, 17:44
Bu gün bir qrup şəxs İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.

Demokrat.az xəbər verir ki, aksiya iştirakçıları İranda baş verən hadisələrlə bağlı etirazlarını bildiriliblər.

İştirakçılar "Cənubi Azərbaycana azadlıq", "Molla rejimi rədd olsun", "Fars rejimi rədd olsun", "Ölüm olsun İrana", "Diktator rədd olsun", "Molla rejimi qətliamı dayandır" , "Azadlıq, ədalət , "Milli hökümət" kimi şüarlar səsləndiriblər.

Səfirliyin qarşısında aksiya iştirakçılarının bəyanatı səsləndirilib. Bəyanat səfirliyə təqdim edilib.

Aksiya insidentsiz başa çatıb.



Reporat

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top