“Şimal axını”nda dördüncü sızma halı aşkarlandı

DÜNYA 29 sen 2022, 11:57
İsveçin Sahil Mühafizə Xidməti “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində dördüncü sızma halını qeydə alıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “Svenska Dagbladet” qəzeti yayıb.

Məlumata görə, sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. /qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top