Rusiya səfiri İranın “əl qoyduğu” Gorusa getdi

REGİON 29 sen 2022, 08:24
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və səfirliyin hərbi və hərbi-hava attaşesi V.A.Kosov Rusiya və Ermənistan Birgə Hərbi Bölməsinin rəhbəri T.Porvyanla birgə bu gün Cermux (İstisu) və Gorusa səfər edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Kopırkin və digərləri yerlərdə erməni hərbi komandanlığın rəsmiləri ilə görüşüb, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə “tanış” olublar.

Səfər çərçivəsində Kopırkin 102-ci hərbi bazanın Gorusda yerləşən batalyon-taktiki qrupunu və Rusiya sülhməramlı kontingentinin Qarakilsədə yerləşən xüsusi aviasiya qrupunu da ziyarət edib.

Qeyd edək ki, son vaxtlar İran Qafan və Gorusda “iqtisadi aktivlik” göstərməyə çalışır və bununla bağlı yerli qubernatorlarla sazişlər də bağlanıb. Bəzi ekspertlər isə ərazidə (Zəngəzur) İranın hərbi varlığını qurmaq istədiyi və bunun artıq əlamətləri olduğunu iddia edir./Axar.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top