Hərbi ekspert MN-dəki həbsdən danışdı: “Yaxın vaxtlarda yeni məlumatları eşidəcəyik”

HƏRBİ 28 sen 2022, 22:43
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilir.

Hərbi ekspert Üzeyir Cəfərli Yenisabah.az-a Rəşad Məlikzadənin həbsi ilə bağlı bunları deyib:

"Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə olan meqativ hallar orduda da mövcuddur. Bu, dünyanın hər yerində belədir. Aparıcı ölkələrdə belə, orduda problemlər olub və olacaq. Narkoman, oğru, cəmiyyətdə də, ordu da var. Cəmiyyətdə olan rüşvətxorluq hallarının orduda olmaması mümkün deyil. Mən bəzi rəsmilərin bu mənada bəzi çıxışlarına baxıram. Adamı heyrət bürüyür. Cəmiyyətdə olan neqativ halların orduda olmaması necə ola bilər? Ona görə də Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisinin həbsi də vurğuladığım məqamların, bəzi şəxslərin özlərini qanundan üstün saydıqlarının sübutudur.

Üzeyir Cəfərli bildirib ki, yaxın vaxtlarda yeni məlumatları eşidəcəyik:

"Həmin hərbçi də özbaşına deyil. O, sonuncu inatansiya deyil. Onun tərtib elədiyi sənədləri yuxarı komandir və komandirlər təsdiq edir və möhür vurur. O möhür də maliyyə xidməti rəisində olmur, möhürü vuran şəxs ya aldadılır, o da baxmadan möhür vurur, ya da bilərək edir. Yəni, Maliyyə rəisi imzaladığı sənədi komandirlərə təqdim edir, onlar da o sənədlərə baxıb imzalarını atırlar, möhür vurulur, ondan sonra bank hər hansı əməliyyatı həyata keçirir. Göründüyü kimi maliyyə rəisini təkbaşına hər hansı əməliyyatı həyata keçirmək iqtidarında deyil. Ona görə baş verənlərin bir çox məsələlərə aydınlıq gətirəcəyini düşünürəm. Yəqin ki, yaxın vaxtlarda yeni məlumatları eşidəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top