Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak oldu

REGİON 20 sen 2022, 11:26
İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.

Demokrat.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazəm as-Sadiq açıqlayıb.

Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.

O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.

İraq hakimiyyətinin rəsmi məlumatlarına görə, 2022-ci ildə Ərbəində 21 milyondan çox insan iştirak edib ki, onların da 15 milyonu İraqın müxtəlif əyalətlərindən, qalanları isə xaricdəndir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top