Ermənilərin müdafiəsinə qalxan ukraynalı müğənninin Bakı konserti ləğv edildi — FOTO

SOSİAL 19 sen 2022, 15:26
Ukraynanın Xalq artisti Tina Karolun Bakı konserti ləğv olunub. 

Demokrat.az xəbər verir ki, buna səbəb ifaçının Ermənistanla bağlı paylaşımı olub. Tədbirin ləğv olunması haqda məlumatı iticket.az yayıb. 

"15 Noyabrda keçirilməsi nəzərdə tutulan Tina Karol konserti ləğv edilib. Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur" deyə, yazıda vurğulanıb. 

Qeyd edək ki, Tina Karolun konserti Heydər Əliyev Sarayında planlaşdırılmışdı.

Xatırladaq ki, bundan əvvəl ermənilərə dəstək olan ukraynalı müğənni Maks Barskix da Bakı konserti təxirə salınıb. /axşam.az


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top