“Rusiya ilə İran Azərbaycan və Ermənistandakı rusiyapərəst ünsürlərdən istifadə edir” — ŞƏRH

SİYASƏT 17 sen 2022, 17:57
“Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr Türkiyə- Ermənistan arasındakı inkişafın qarşısını almaq üçün atılan addım kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Politoloqun sözlərinə görə, özəlliklə Rusiya və İran Türkiyə-Ermənistan arasında danışıqların inkişafına müsbət baxmırlar:

"Sərhədin açılması isə Rusiyanın və İranın Qafqazdakı nüfuzunun yox olmasına yol açacaq. Ayrıca bu iki ölkə Azərbaycan ve Türkiyənin “tək millət iki dövlət” şüarını çox həssas şəkildə mənimsənildiyinin və bəzən də maraqdan daha çox bu ifadəyə öncəlik verildiyinin fərqindədir. Ona görə də, Rusiya və İran Azərbaycan və Ermənistandakı rusiyapərəst ünsürlərdən istifadə edərək iki ölkə arasında olaylar çıxarmağa çalışır və Türkiyə-Ermənistan arasındakı prosesi əngələməyə çalışmaqdadırlar. Son hadisələr Azərbaycan və Ermənistan arasında sülh prosesini gecikdirsə də, Türkiyə-Ermənistan tərəfləri bir-birinə diqqət yetirməyə çalışırlar. Ermənistanda baş verənlərə nəzər saldıqda, Türkiyədən çox Azərbaycan və Rusiyaya qarşı düşmənçilik daha ön plandadır. Paşinyan özü Zəngəzur dəhlizinə alternativ olaraq “Ermənistan dəhlizi” planını təklif edir və belə olanda təqdirdə isə Azərbaycanın dilə gətirdiyi projeyə ehtiyac qalmayacaq. Ona görə də, Ermənistan hakimiyyəti hadisəni yalnız Ermənistan-Azərbaycan münasibətləri səviyyəsində saxlamağa çalışır. Bu hadisələr nəzarətdən çıxsa və Türkiyə Cümhuriyyəti yenidən kənarda qalsa, Rusiya Ermənistan-Azərbaycan sərhədini rus qoşunları ilə qorumaq istəyəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top