Parlamentdə şəhid ailələri və qazilərlə bağlı dinləmələr keçiriləcək

DAXİLİ SİYASƏT 16 sen 2022, 16:39
Milli Məclisin payız sessiyasında bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən xəbərə görə, bunu Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə danışıb. Bildirilib ki, ötən sessiyalarda komitə səmərəli  fəaliyyət göstərib. Bu müddətdə komitənin 11 iclası keçirilib, 25 məsələyə baxılıb.

“Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan  430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitəyə ünvanlanan müraciətlərdə pensiya, ünvanlı sosial yardım,  mənzil  problemi və digər məsələlər qaldırılır. Həmin məsələlərin həlli istiqamətində müvafiq işlər görülüb. Bununla yanaşı, komitənin sədri və üzvləri mütəmadi olaraq  seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıblar.”, - deyə məlumatda bildirilib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top