“Sünikdə və Geqarkunikdə mövqe itkilərimiz var” — Ermənilərdən ETİRAF

REGİON 15 sentyabr 2022, 10:30
Sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində baş verən hərbi insident  nəticəsində Ermənistan tərəfi həm Sünikdə (Zəngəzir-red.), həm də Geqarkunikdə (Göyçə-red.) mövqe itkiləri verib.

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın “Sünik şəhəri”nin keçmiş qubernatoru, eləcə də müdafiə nazirinin sabiq müşaviri Melikset Poqosyan “Hraparak” qəzetinə açıqlamasında deyib.

Zəngəzur vilayətinin İşxanasar (Qızılcıq-red.) kəndi bölgəsində mövqe dəyişikliyi ilə bağlı xəbərləri təkzib etməyən Melikset Poqosyan “müharibədə hər şey mümkündür” deyib.
 

“Hraparak” söhbətin hansı miqyasdakı mövqe dəyişikliklərindən getdiyini aydınlaşdırmağa çalışarkən M.Poqosyan belə cavab verib: "İndi bunu sizə deyə bilmərəm". /modern.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top