ATƏT-dən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

GÜNDƏM 13 sen 2022, 13:58
Polşanın ATƏT-dəki sədrliyi Ermənistan və Azərbaycanı deeskalasiyaya çağırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Varşavanın təşkilatdakı rəsmi nümayəndəliyinin səhifəsində deyilir.
 
Bəyanatda Ermənistan və Azərbaycan sərhədində hərbi əməliyyatların kəskinləşməsinin dərhal dayandırılmasının vacibliyi qeyd edilir.
 
Mətndə deyilir: “Diplomatik yolda əldə olunan uğurlar əldən buraxılmamalıdır”.
 
Bildirilir ki, ATƏT münaqişənin davamlı həllinə nail olmaq üçün kömək etməyə hazırdır.
 
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top