Bakıda qonşusu qadını döyərək əlini sındırdı

HADİSƏ 11 sen 2022, 11:08
Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Demokrat.az
“Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Ağahüseyin qızı qonşusu ilə mübahisə zamanı döyülüb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top