Rusiya ordusu Xarkovda geri çəkildiyini etiraf etdi

DÜNYA 10 sen 2022, 21:57
Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilk dəfə olaraq Xarkov vilayətində geri çəkildiyini etiraf edib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi telegram-kanalında yayılan məlumatda bildirilir ki,  “Donetsk istiqamətində səyləri artırmaq üçün Balakliya və İzyum bölgələrində qoşunların yenidən qruplaşmasına qərar verilib”.

Müdafiə Nazirliyi vurğulayır ki, “Rusiya qoşunlarına dəyən ziyanın qarşısını almaq üçün aviasiya, raket qoşunları və artilleriyadan istifadə etməklə Ukraynaya güclü zərbələr endirilib”.
Bu həftə Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin işğal olunmuş ərazilərində  əks-hücum əməliyyatına başlayıb. Sentyabrın 9-da Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ordusu Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edib.

Ukrayna Silahlı Qüvvələri Balakleya şəhərini ələ keçirib. Bundan əlavə, sentyabrın 10-da Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna qoşunlarının Kupyanska daxil olduğunu açıqlayıb. Həmin gün Ukrayna Silahlı Qüvvələrinin Rusiya bölmələrini İzyumu tərk etməyə məcbur etdiyi, həmçinin Liman istiqamətində irəlilədiyi barədə məlumatlar yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top