Qayıdış prosesində QHT-lərin rolu mövzusunda təlim keçirilib — FOTOLAR

SOSİAL 08 sen 2022, 21:14
Sentyabr ayının 8-də Bakıda, New Baku Otelinin təlim zalında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  icra olunan “30 il sonra Qayıdış” – QHT-lərin Qayıdış prosesində rolu istiqamətində bacarıqlarının artırılması və beynəlxalq təcrübənin təbliği” layihəsinin tərkib hissəsi olaraq,“Qayıdışla bağlı hüquqlar: Vətəndaş cəmiyyətinin rolu sahəsində beynəlxalq təcrübə” mövzusunda” təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd gələcəkdə qayıdış prosesində əhali ilə işləyəcək QHT-lərin nümayəndələrinin bilik və bacarıqlarının artırılması olmuşdur.

Demokrat.az
xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, hüquq üzrə fəlsəfə doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini Elgün Səfərov, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Mirhüseyn Huseynov, çıxış etmişlər.

Daha sonra “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, layihənin təlimçiləri, müstəqil hüquqşünas Ağamirzə Bağırov və gənclərlə iş üzrə mütəxəssis, BMT konsultantı Nik Nvolisa QHT-lərin biliklərinin artırılması məqsədilə qayıdış və məskunlaşma prosesi, hərəkətlə bağlı hüquqlar, ayrı-seçkiliyi qadağan edən hüquqlar, reinteqrasiya ilə bağlı hüquqlar, xüsusi ehtyacların təmin edilməsi ilə bağlı hüquqlar, QHT-lərin qayıdış və məskunlaşma zamanı iştirakçılığı, icma əsaslı hüquqlar, gəcnlərlə iş və s. mövzular tədris edilmişdir.

Tədbirdə təlim iştirakçılarının mövzular üzrə sualları ətrafında interaktiv şəkildə diskussiyalar keçirilmişdir.



















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top