Bakıda 13 yaşlı qız evdə uşaq doğdu

HADİSƏ 07 sentyabr 2022, 09:38
Bakıda cinsi təcavüzlə üzləşdiyi bildirilən azyaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, dünən ev şəraitində 13 yaşlı qız uşaq dünyaya gətirib: “Xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Hadisənin Bakı şəhərinin Sabunçu rayonunda baş verdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top