Şeyxin qudasının şikayəti bu dəfə də təmin edilmədi — İCRAAT DAYANDIRILDI — EKSPERT TƏYİN OLUNDU

SOSİAL 06 sen 2022, 17:40
Bu gün keçmiş deputat Salahzadə Qalib Aslan oğlu, gəlini Salahzadə Xatirə Allahşükür qızı və həyat yoldaşı Salehzadə Zenfira Hacıbaba qızının Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimlinin sədrliyi ilə keçirilən ilkin baxış iclasında qərardad qəbul olunub, iş üzrə icraat dayandırılaraq ekspert təyin edilib.

Ekspert təyin edilməsinə səbəb iddiaçıların, xüsusilə də keçmiş deputat Salahzadə Qalib Aslan oğlunun məhkəməyə təqdim etdiyi iddia ərizəsinin və təqdim olunmuş sənədlərə ciddi şübhələrin olması əsas olmuşdur.

İddianın məzmunu və təqdim edilmiş sənədlərin araşdırılması məqsədilə məhkəmə eksperti təyin edilib.

Qeyd: Salahzadə Qalib Aslan oğlu, gəlini Salahzadə Xatirə Allahşükür qızı və həyat yoldaşı Salehzadə Zenfira Hacıbaba qızı İbrahimov Ağasif Şakir oğluna qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh partiya sədri tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılmasına, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib.17 may 2022-ci il tarixində Sabunçu rayon məhkəməsinin qəbul etdiyi qərarla eks deputat Salahzadə Qalib Aslan oğlunun və ailə üzvlərinin iddiası təmin edilməmişdir.Qərardan narazı qalan iddiaçılar Bakı Apelyasiya məhkəməsinə üz tutmuşdur.
 
Qeyd edək ki, iddiaçıların məhkəməyə təqdim etdikləri sənədlərdə saxtakarlıq aşkar edilərsə iddiaçılar barəsində cinayət işinin açılması nəzərdə tutulur.


Məlik

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top