Rəcəb Tayyib Ərdoğanın Balkan səfəri başlayır

DÜNYA 06 sen 2022, 11:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın üç ölkəni əhatə edəcək Balkan səfəri başlayır.

Sentyabrın 6-8-də baş tutacaq səfər çərçivəsində Bosniya və Herseqovina, Serbiya və Xorvatiyaya səfərlər nəzərdə tutulur.  

Prezident Ərdoğan ilk olaraq Bosniya və Herseqovinaya səfər edəcək.

Ərdoğanın Prezident yanında Dövlət Şurasının üç üzvü ilə görüşü gözlənilir. Görüşlərdə Türkiyənin Balkan ölkələrində sülhün davam etdirilməsinə töhfə verəcəyi vurğulanacaq.

Eyni zamanda birgə infrastruktur və investisiya layihələri başda olmaqla müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yönündə görüləcək işlər müzakirə olunacaq. Görüşlərdə həmçinin Balkan ölkələrində hadisələrin inkişaf xətti və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğanı üç ölkəyə səfəri zamanı iş adamlarından ibarət böyük bir heyət müşayiət edəcək. Səfərlər zamanı qarşılıqlı investisiyaların və ticarət həcminin artırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Rəcəb Tayyib Ərdoğanın Xorvatiyanın Sisak şəhərində İslam Mədəniyyəti Mərkəzinin açılış mərasimində də iştirak etməsi planlaşdırılır.

Mənbə: Haber Global

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top