Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

SOSİAL 06 sen 2022, 11:03
“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və  kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 07.09.2022-ci il tarixdə təmir işlərinin görülməsi planlaşdırılır.

Təmir işləri aparılan müddətdə saat 08:30-dan  İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin  qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top