Xəbər verdiyimiz kimi, ötən gün Lerikdə 8 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi. Aparılan ilkin araşdırmalara görə, qəzaya uğrayan mikroavtobus təhlükəsizlik standartlarına cavab verməyib.
Maraqlıdır ki, adətən belə nəqliyyat vasitələri xarici ölkələrdə yük maşını kimi istifadə edilmiş və sonradan bu tipli nəqliyyat vasitələri mikroavtobus modelinə uyğunlaşdırılmışdır. Belə mikroavtobuslara həm bölgələrimizdə, həm də Bakıətrafı ərazilərdə rast gəlinir ki, bunlar da ölüm mənbəyidir. Çox təəssüf ki, bu tip məsələlərə nəzarət də çox zəifdir.
Sabiq deputat, iqtisadçı-ekspert Nazim Baydəmirli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu sahədə hərc-mərclik hökm sürür.
“Bazar iqtisadiyyatında həm nəqliyyat sektoru, həm də sərnişin daşımaçılığı özəl sektora aid fəaliyyət növüdür. Uzun illər idi ki, özəl sektor bu sahələrdə fəaliyyət göstərirdi. Təbii ki, bu sahədə dövlətin nəzarət mexanizmləri var. Qeyd edim ki, mərkəzi icra hakimiyyəti orqanları vasitəsilə hər il bu sektor müvafiq qurumlara verilirdi. Əvvəl Nəqliyyat Nazirliyinə, yəni indiki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verildi, sonra Bakı Nəqliyyat Agentliyinə və digər strukturlara hansılar ki, çox ciddi şəkildə bir neçə dəfə dəyişdirilir və struktur dəyişikliyinə “uğrayır”. Hər dəfə də məmurların, məmur sahibkarların maddi maraqlarını təmin etmək üçün belə olur. Ona görə də, hərc-mərclik yaranır”.

N.Baydəmirli qeyd edib ki, indiyədək özəl sektora heç bir dəstək göstərilməyib:
“Dövlət öz əlində "Antiinhisar haqqında" Qanunu qadağan etdi, yəni, dövlətin bu sektora girməyini qadağan etdi. Lakin dövlət "Bakubus" və özünün yaratdığı digər şirkətlər vasitəsilə dövlət inhisarçılığı ilə məşğuldur. Belə demək olarsa, bir növ şəhərdə görüntü yaradılır. Əslində bunlar büdcə vəsaitləri hesabına daha çox mənimsəmələrə yol verilir və özəl sektorun inkişafına dövlət birbaşa maneə yaradır. Hər halda, avtobus daşıması ilə məşğul olan şəxslərin və yaxud xırda sahibkarları sıradan çıxarmaqdan, onlara qadağa etməkdən əvvəl onların şəraitinə dəstək vermək lazımdır. Ucuz resurslar vasitəsilə onlara kredit resursları vermək gərəkdir. Onlar avtobus parklarını yeniləsinlər və həm dövlət sektoru, həm də özəl sektor üçün vahid siyasət yürüdülsün. Belə hadisələrdən çox təəssüf edirəm ki, media yazır və ya yazdıqda da bu məmur sahibkarlığını əlinə bəhanə düşür. Yerdə qalan və rəqabətli mühiti formalaşdıran, digər bu sektora taksi daşımaçılığı olsun və digəri olsun sıradan çıxarırlar və dövlətin inhisarına alınır. Bu baxımdan, bu belə məsələlər ikibaşlıdır. Əslində, sonradan bu hamımıza mənfi təsir göstərir. Çünki dövlət sektoru effektiv işləyə bilməz”.
Ekspertin sözlərinə görə, ilkinlərdə hər hansı büdcə vəsaiti hesabına korrupsiya sxemləri ilə bahalı, təmiz, yeni avtobuslar alınsalar da bunlar bizim cibimizdən gedir, xalqımızın pulundan gedir. Bu da mənimsənilir, dəyəri daha yüksək götürülərək müxtəlif maliyyə mexanizmləri ilə araya şirkətlər qoyaraq onun qiyməti bahalaşdılır və nəticə etibarilə belə şeylər də ortalığa gəlir. Bizim ümumi büdcəmizə mənfi təsir göstərir. Ona görə mən istərdim ki, hökumət bu məsələlərdən öz məmur sahibkarllığının xeyrinə istifadə etməsin və sahibkarlıq üçün rəqabət mühitini təmin etsin. Dediyim kimi, həmin sahibkarlığın avtobus parklarını və digərləri yeniləmək üçün ucuz resurslar təşkil etsin”.
Aynurə Pənahqızı
Demokrat.az