Goranboyda avtomobil qəzası olub, ölən və yaralılar var

HADİSƏ 04 sen 2022, 23:57
Goranboy rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top