Yeni yoluxanların sayı açıqlandı— FOTO

SOSİAL 04 sen 2022, 16:48
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 815 523 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 256 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 442 aktiv xəstə var. Bu günə qədər 9 825 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 503, bu günə qədər isə ümumilikdə 7 170 036 test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top