“Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur” — Tevanyan

REGİON 01 sen 2022, 22:28
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur”.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan deyib. 

“Hətta “Qarabağ” sözünün özü də qeyd olunmur. Əgər əvvəllər biz Şarl Mişelin subyektivliyi nəzərdə tutan “Dağlıq Qarabağ” ifadəsini deyil, “Qarabağın erməni əhalisi” ifadəsini işlətdiyini, onların hüquq və təhlükəsizlik təminatlarından danışdığını iddia edirdiksə, indi heç belə də deyil”, - Tevanyan bildirib.

Deputat bildirib ki, Ermənistanı futbol topu kimi bir tərəfdən türklər, digər tərəfdən Brüsseldən, üçüncü tərəf kimi də Moskvadan vururlar".

Zamiq
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top