“Lukoyl”un vitse-prezidenti özünü niyə öldürüb? — Ölümün bəzi təfərrüatları məlum olub

DÜNYA 01 sen 2022, 13:27
“Lukoil”un direktorlar şurasının bu gün səhər saatlarında Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən özünü atan sədri Ravil Maqanovun ölümünün bəzi təfərrüatları məlum olub.

Demokrat.az xəbər verir ki, Rusiya mətbuatına danışan mənbə Maqanovun xəstəxanada həyat yoldaşı ilə birgə müalicə olunduğunu deyib. Onun öldüyü vaxt xanımı palatada olmayıb. Hadisə yerində intihar məktubu tapılmayıb.

Mənbənin sözlərinə görə, həkimlər ona ürək xəstəliyi ilə yanaşı, depressiya diaqnozu da qoyublar. Hazırda hadisənin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilir.
Mərkəzi Klinik Xəstəxana Ravil Maqanovun ölüm xəbərini təsdiqləyib. “Bəli, faktı təsdiqləyirik” deyən nümayəndə əlavə edib ki, istintaq orqanları hadisə yerində işləyirlər.

67 yaşlı Ravil Maqanov 2020-ci ildə “Lukoil”un direktorlar şurasına rəhbərlik edib. O, şirkətə 1993-cü ildə Neft hasilatı üzrə vitse-prezident kimi işə başlayıb. Maqanovun “Fəxri neftçi” adı və hökumət təltifləri var. Rusiya prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli sərəncamı ilə R.Maqanov “Əmək uğurlarına, fəal ictimai fəaliyyətinə və uzun illər vicdanlı əməyinə görə” “Aleksandr Nevski” ordeni ilə təltif edilib. Mükafatlandırma mərasimi Kremldə baş tutub.

Qeyd edək ki, Ravil Maqanov “Tatneft”in baş direktoru Nail Maqanovun qardaşıdır. Daha bir maraqlı məqam odur ki, əvvəllər “LangepasUrayKogalımNeft” adlanan şirkətə “Lukoil” adını verən məhz Ravil Maqanov olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top