Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürüldü

GÜNDƏM 01 sen 2022, 10:25
Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb.

APA-nın Laçına ezam olunan müxbiri xəbər verir ki, artıq Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları mövqelər qurub, xidmət aparır.

Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir.
Qeyd edək ki, razılaşmaya əsasən, Rusiya sülhməramlı qüvvələri xidmətlərini avqustun 30-dan Laçın dəhlizinə alternativ yolda aparırlar. Onların bütün postları yeni yola köçürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top