Bakıda qadını qatar vurdu

HADİSƏ 01 sen 2022, 08:59
Bakının Qaradağ rayonunda bir nəfəri qatar vuraraq komaya salıb.

APA xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Nəbiyeva Məhbubə Musaxan qızı dəmiryol xəttindən keçərkən onu yük qatarı vurub. Qadın aldığı xəsarətlərdən komaya düşüb. O Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt üzrə Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top