Bakıda avtomobil aşıb, ölən var— FOTO/YENİLƏNİB

HADİSƏ 30 avq 2022, 23:07
Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

APA-nın xəbərinə görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. BYD markalı avtomobili idarə edən Rüstəmov Nihad Fəzlulla oğlu sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onun avtomobildə sıxışmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəza ilə bağlı avtoekspertiza təyin edilib, araşdırma aparılır.

***20:36

Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində Dairəvi yolda qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən minik avtomobili qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.












 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top